Konfrans Liqası: "Fiorentina"nın oyunu Əliyar Ağayevə tapşırıldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Polessye" - "Fiorentina" arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu icra edəcək.
Xatırladaq ki, bu görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.