Könül Mehdiyeva İspaniya millisinin DÇ matçına təyinat aldı

 Könül Mehdiyeva İspaniya millisinin DÇ matçına təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də keçiriləcək Gürcüstan - İspaniya oyununun FİFA komissarı olacaq.

E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.