"Qarabağ"la oyundakı nöqsanlara görə 6500 manat cərimə kəsildi

"Qarabağ"la oyundakı nöqsanlara görə 6500 manat cərimə kəsildi

AFFA İntizam Komitəsi "Kəpəz"ə ciddi cərimə tətbiq edib.

"Mediasport" xəbər verir ki, buna Premyer Liqanın 24-cü turunun "Qarabağ"la oyununda yol verilən nöqsanlar səbəb olub.

Matçdan əvvəl, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Gəncə təmsilçisi 6500 manat cərimə ödəyəcək.