“Grand Swiss” turnirində millimizin yeddi üzvü mübarizə aparacaq

Azərbaycanın yeddi şahmatçısı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək nüfuzlu “Grand Swiss” turnirində mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) təsnifat mərhələsindən keçən iştirakçıların yekun siyahılarını açıqlayıb.
Məhəmməd Muradlı açıq turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərliyə qoşulacaq.
Qadınların turnirində Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva yarışacaqlar.
Açıq və qadınların yarışlarında ilk iki yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Yarış sentyabrın 3-16-da baş tutacaq.