Batumidə Dünya Kubokunda 8 təmsilçimiz mübarizə aparacaq
Gürcüstanda baş tutacaq şahmat üzrə Dünya Kubokunda Azərbaycan təmsilçilərinin adı açıqlanıb.
"Mediasport" xəbər verir ki, 8, 10 və 12 yaşlı şahmatçılar arasında baş tutacaq turnirdə Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli, Sadəgül Əfəndi mübarizə aparacaqlar.
Batumidə iyunun 15-dən 28-dək keçiriləcək beynəlxalq yarışda yeniyetmələr məşqçi Nicat Məmmədov rəhbərlik edəcək.


