Hakimin qərarı qalmaqal yaratdı, klub meydandan çəkilmək istədi

Hakimin qərarı qalmaqal yaratdı, klub meydandan çəkilmək istədi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin "Xankəndi" – "Gəncəbasar" matçı qalmaqalla yekunlaşıb.

"Mediasport" xəbər verir ki, baş hakim Mahmud Bağırzadənin 120-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin etməsindən sonra insident yaşanıb.

Qarabağ təmsilçisi Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmanın son saniyələrindəki qərara etiraz olaraq meydanı tərk etmək istəyib.

Görüş bir neçə dəqiqə dayanıb, "Xankəndi" sonra matçı davam etdirməyə razılaşıb.

Penaltini dəqiq vuran "Gəncəbasar" 3:2 hesablı qələbə ilə kubokda 1/8 finala yüksəlib.

"Xankəndi" futbolçuları ilə hakimlər arasında gərginlik final fitindən sonra da davam edib.