Xorvatiya nəhəngi Fabio Kannavaronu istefaya göndərdi

Fabio Kannavaronun Xorvatiya macərası 4 ay davam etməyib.
"Mediasport" xəbər verir ki, Zaqreb "Dinamo"su italyan mütəxəssisi istefaya göndərib.
Xorvatlar 52 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
2006-cı ilin dünya çempionu "Dinamo"ya 2024-cü ilin dekabrında baş məşqçi təyin edilmişdi.
Kannavaronun rəhbərliyi altında 28 turdan sonra 46 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb və lider "Hayduk"dan 8 xal geri qalır.