"İnter"dən "qızıl dubl" - VİDEO
"İnter" 2025/2026 mövsümündə "qızıl dubl"a imza atıb.
"Mediasport" xəbər verir ki, "neradzurri" bunu İtaliya Kubokunun final matçında "Latsio"nu məğlub edərək (2:0) bacarıb.
Buna qədər cari mövsüm A Seriyasının da qalibi olan Milan təmsilçisi sezonu 2 kubokla başa vurub.
Kristian Kivunun baş məşqçisi olduğu komanda bu uğuru sonuncu dəfə 2010-cu ildə əldə etmişdi.


