Fərid Qayıbov Bakıda səfərdə olan Şalva Qoqoladzeni qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Gürcüstanın idman naziri Şalva Qoqoladze ilə görüşüb.
"Mediasport" xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər birgə layihələrin icrası, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.