Nəriman ABŞ-də növbəti matçını keçirib qələbəyə sevindi - VİDEO
ABŞ-nin futbol üzrə yüksək liqası MLS-də 6-cı turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” səfərdə “Atlanta Yunayted”lə qarşılaşıb.
Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən tur debüt edən Nəriman bu dəfə meydana 90-cı dəqiqədə çıxıb.
"Kolumbus Kryu” Şərq Konfransının turnir cədvəlində 5 xalla 11-cidir.
