Mahir Emreli assist etdi, "Rakuv" evdə qələbə qazandı - VİDEO

Mahir Emreli assist etdi, "Rakuv" evdə qələbə qazandı - VİDEO

Futbol üzrə Polşa Ekstraklasasında 13-cü turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” liderlər qrupunda qərarlaşmış "Poqon"la qarşılaşıb.

Forvardın komandası matçda inamlı qələbə qazanıb - 3:1. Emreli ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.

O, 731 dəqiqə meydanda olub.

Çenstoxova klubu 9 xalla turnir cədvəlində sondan ikinci - 17-ci pillədə qərarlaşıb.