Fransa çempionatında oynamış futbolçu Azərbaycan klubunda!

Fransa çempionatında oynamış futbolçu Azərbaycan klubunda!

Yeni mövsümə hazırlaşan "Kəpəz" daha bir legioner gətirib.

"Mediasport" xəbər verir ki, Gəncə klubu Burkina Fasodan olan Adama Fofananın transfer edib.

25 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Son mövsümü Türkiyənin “Adanaspor” klubunda keçirmiş afrikalı daha əvvəl "Varberq" (İsveç) və "Dijon" (Fransa) klublarında çıxış oynayıb.

Qeyd edək ki, "sarı-göylər" daha əvvəl Şakir Seyidov və Pedro Qomeslə gücləniblər.