Azər Bağırov: "Yenə də qol epizodlarını dəyərləndirə bilmirik"

Azər Bağırov: "Yenə də qol epizodlarını dəyərləndirə bilmirik"

"Maraqlı oyun alındı. "Qəbələ" də, "Kəpəz" də daim hücumda idi. Yenə də qol epizodlarını dəyərləndirə bilmirik. Bu, məşqçilər korpusu olaraq bizi yorur".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 15-ci turunun "Qəbələ" ilə oyunu haqda danışıb:

"Bugünkü oyun 9 xala bərabər idi. Həm "Qəbələ"ni keçdik, həm də "Karvan-Yevlax"dan uzaqlaşdıq.

Komandamızın çoxu yerli futbolçulardan ibarətdir. Səhvlər hamımızda var. Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir.

Sevindirici hal odur ki, bir neçə oyunçu inkişaf edir. Onlardan biri də Ohoridir. Onu bir çox mövqedə oynadırıq, öhdəsindən gəlir".

Qeyd edək ki, "Qəbələ"yə 1:0 hesabı ilə qalib gələn gəncəlilər turnir cədvəlində 1 pillə yuxarı qalxıblar.