"Neftçi" azarkeşlərinin söyüşlərinə görə 8000 manat ziyana düşdü
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqa klublarından "İmişli", "Qəbələ" və "Neftçi"nin cərimələnməsinə dair qərar çıxarılıb.
Buna 24-cü turun görüşlərində yol verilən nöqsanlar səbəb olub.
"İmişli" "Sabah"la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5000 manat ziyana düşüb. Bu hal cari mövsüm ikinci dəfə yaşanıb.
"Qəbələ" "Neftçi" ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3000 manat cərimə ödəyəcək.
"Neftçi" isə "Qəbələ" ilə qarşılaşmada azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 8000 manat cərimə edilib.
