Rusiya idmançılarına qoyulan məhdudiyyət aradan qaldırıldı!
Rusiyalı güləşçilər artıq beynəlxalq turnirlərdə iştirak etmək imkanı əldə ediblər.
"Mediasport" xəbər verir ki, Rusiyanın idman naziri Mixail Deqtyaryov "Dünya Güləş Birliyi"nin ("United World Wrestling" - UWW) çətiri altında baş tutacaq müxtəlif yaş kateqoriyaları üzrə yarışlarda idmançılarının mübarizə aparacağına dair qərar qəbul edildiyini söyləyib.
Onun sözlərinə görə, Rusiya bu idman növü istiqamətində beynəlxalq arenada ciddi uğur qazanmaq imkanına sahibdir.
Buna qədər Rusiyanı təmsil edən idmançıların cüdo, sambo, taekvondo, kikboksinq, muay-tay, boks, MMA və su idmanı üzrə yarışlarda iştirak etdikləri dilə gətirilib.
