Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.

Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.

Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.