Erlinq Haaland daha dublla Ronaldo və İbrahimiçi ötüb keçdi

Erlinq Haaland daha dublla Ronaldo və İbrahimiçi ötüb keçdi

Norveç milli komandasının futbolçusu Erlinq Haaland əfsanəvi Ronaldo (Luis Nazario) və Zlatan İbrahimoviçi geridə qoyub.

"Mediasport" xəbər verir ki, skandinaviyalı hücumçu bu uğura yığmanın heyətində daha iki qol vurmaqla nail olub.

UEFA Millətlər Liqasının Danimarka ilə ilk tur qarşılaşmasında dubl edən 26 yaşlı forvard milli komandada qollarının sayını 64-ə çatdırıb.

Braziliyalı "Fenomen" və Zlatanın aktivində 62 top var.