Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində yarışacaq

Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində yarışacaq

Azərbaycan güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək ilin son reytinq turnirində iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, mövsümün 4-cü reytinq yarışında ölkəmiz 21 güləşçi ilə təmsil olunacaq.

Sabah başlanacaq və iyulun 19-dək davam edəcək turnirdə ilk olaraq sərbəst güləşçilər yarışacaqlar.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) gücünü sınayacaq.

Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nərgiz Səmədova, Əsmər Cankurtaran (hər ikisi (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyində Elmir Əliyev (60 kq), Murad Məmmədov, Sakit Quliyev (hər ikisi 63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq) tatami üzərinə çıxacaq.

Reytinq turnirində I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.