Güləşçilərimizdən 1 qızıl, 2 gümüş medal - U-20 Avropa çempionatı
Güləşçilərimiz Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında 1 qızıl və 2 gümüş medalla start verdilər.
"Mediasport" xəbər verir ki, yunan-Roma güləşi üzrə yığma komandanın üç üzvü mükafatlandırılıb.
Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub.
Cavidan Nehmətov (77 kq) həlledici dueldə ermənistanlı Samvel Terteryana 0:4 hesabı ilə uduzub və gümüş medal qazanıb.
Orxan Hacıyev (87 kq) finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq yarışı ikinci pillədə başa vurub.
İyulun 12-dək davam edəcək qitə birinciliyinə Azərbaycan 6-sı qadın olmaqla, 25 güləşçi ilə yollanıb.


