4 güləşçimiz medal qazana bilər, daha 5-i mübarizəyə başlayır

Bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycanın daha 5 təmsilçisi mübarizəyə qoşulacaq.
"Mediasport" xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Nürəddin Novruzov (61 kq), Ağanəzər Novruzov (71 kq), Arseniy Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildeşvili (125 kq) tatamiyə çıxacaq.
Bu gün həmçinin Orxan Abasov (79 kq) təsəlliverici görüşə çıxacaq, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal uğrunda yarışacaq.
Qitə birinciliyi aprelin aprelin 13-dək davam edəcək.