İbrahim Həsənov dünya çempionatının yarımfinalında
Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 6-cı yarış günündə Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə qoşulub.
Əvvəlki günlərdə olduğu kimi, bu dəfə də təmsilçilərimiz əsasən ümidləri doğrultmayıblar.
Yalnız 51 kq çəki dərəcəsində yarışan İbrahim Həsənov yarımfinala vəsiqə qazana bilib.
71 kq-da Tunar Quliyev, 45 kq-da Tunar Həsənov, 60 kq-da Elcan Həsənov və 92 kq-da Elgün Kərimli uğursuz çıxış ediblər.
Xatırladaq ki, Milli Gimnastika Arenasında avqustun 2-dək keçiriləcək DÇ-yə Azərbaycan ümumilikdə 29 güləşçi ilə qatılıb.
Xatırladaq ki, daha əvvəl mundialda yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıblar.


