"Qarabağ" doğma məkana qayıtdı - Ev oyunlarını burada keçirəcəklər

“Qarabağ” ev oyunlarını "Azərsun Arena"da keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət edib.
"Mediasport" xəbər verir ki, müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Premyer Liqada 2024/25 mövsümündə son rəqiblərini “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.
“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.
Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” - “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcək.