Azərbaycanda oynayan ən dəyərli futbolçunun qiyməti 3 milyondur
“Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yenilənmiş bazar dəyərlərini açıqlayıb.
"Mediasport" xəbər verir ki, siyahıda yer alan 10 futbolçudan 9-u “Qarabağ” klubunun üzvüdür.
Reytinqə kabo-verdeli yarımmüdafiəçi Leandro Andrade başçılıq edir. Onun bazar dəyəri 500 min avro artaraq 3 milyona çatıb.
İkinci pillədə yer alan Ağdam təmsilçisinin digər futbolçusu Nəriman Axundzadənin dəyəri yarım milyon avro artaraq 2,5 milyon olub. Braziliyalı Kadi Borges isə eyni göstərici ilə üçüncü sırada qərarlaşıb.
Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu
1. Leandro Andrade ("Qarabağ") - 3 milyon avro
2. Nəriman Axundzadə ("Qarabağ") - 2,5 milyon avro
3. Kadi Borges ("Qarabağ") - 2,5 milyon avro
4. Mateuş Koxalski ("Qarabağ") - 2 milyon avro
5. Toral Bayramov ("Qarabağ") - 1,8 milyon avro
6. Aleksey Kaşşuk ("Qarabağ") - 1,8 milyon avro
7. Pedro Bikalyo ("Qarabağ") - 1,5 milyon avro
8. Emmanuel Addai ("Qarabağ") - 1,5 milyon avro
9. Elvin Cəfərquliyev ("Qarabağ") - 1,5 milyon avro
10. Timoteuş Puxaç ("Sabah") - 1,5 milyon avro.
