Əvvəl "Araz-Naxçıvan", sonra "Omoniya" - UEFA Konfrans Liqası

Əvvəl "Araz-Naxçıvan", sonra "Omoniya" - UEFA Konfrans Liqası

UEFA Avropa Konfrans Liqasındakı təmsilçilərimizdən "Araz-Naxçıvan" III təsnifat mərhələsinin ilk matçında "Omoniya"nı evdə qəbul edəcək.

"Mediasport" xəbər verir ki, "Araz-Naxçıvan" - "Omoniya" matçından əvvəl avqustun 6-da keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Xatırladaq ki, mətbuat konfransları və açıq məşqlər "Dalğa Arena" da keçiriləcək.

"Araz-Naxçıvan"

Saat 18:30. Mətbuat konfransı

Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

"Omoniya"

Saat 19:20. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq