"İmişli" üçün gələn portuqaliyalı məşqçi Şamaxıya yollandı

Premyer Liqa həsrətinə son qoyan "İmişli" yeni mövsümə əcnəbi baş məşqçi ilə başlamaq istəyir.
"Mediasport" xəbər verir ki, 19 illik fasilədən sonra elitaya qayıdan Aran təmsilçisi danışıq apardığı xarici mütəxəssislərdən birini Azərbaycana dəvət edib.
Portuqaliyalı Kristiano Souza 1-ci Liqanın son turunun "Difai" ilə səfər qarşılaşmasını stadiondan izləyib.
Şamaxıya təşrif buyuran 43 yaşlı məşqçi burada işləməyə razılıq versə, iki illik müqavilə təklif olunacaq.
Son olaraq Çexiyanın 3-cü Liqa təmsilçisi "Znoymo"da köməkçi funksiyasını yerinə yetirən Souza hazırkı baş məşqçi Fərid Namazovun postuna keçib-keçməyəcəyi haqda qərarını qısa müddətdə bildirəcək.