"Qarabağ"a ikinci dəfə təklif göndərdilər - MƏBLƏĞ ARTIRILDI
Braziliyanın “Botafoqo" klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyonu transfer etməkdə israrlıdır.
"Mediasport" xəbər verir ki, Rio de Janeyro təmsilçisi bu məqsədlə Azərbaycan çempionuna ikinci dəfə rəsmi təklif göndərib.
Məlumata görə, cənubi amerikalılar yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürməyə çalışır.
"Atlılar"ın təklif məbləğini artıran braziliyalılardan vaxt istədikləri bildirilir.
Xatırladaq ki, 24 yaşlı "sambaçı" Ağdam klubuna cari mövsümün əvvəlində "Palmeyras"dan keçib.
