"Qarabağ"ın baş məşqçisi söyüşlərə görə 5 oyunluq cəza aldı

AFFA İntizam Komitəsi "Qarabağın U-10 komandasının baş məşqçisi Şöhrət Yusifova ağır cəza verib.
"Mediasport" xəbər verir ki, qərar İntizam Komitəsinin iclasında qəbul edilib.
Mütəxəssis liqanın “Azərbaycan Qartalları” ilə qarşılaşması bitdikdən sonra kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə alıb.
Qurum məşqçini 5 oyunluq cəzalandırıb.