III MDB Oyunları başlanır

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları bu gün start götürəcək.
"Mediasport" xəbər verir ki, yarışın ilk günündə stolüstü tennisçilər mübarizə aparacaqlar.
Ölkəmizi bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.
Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.