"Bakı-Xankəndi" yarışının dördüncü mərhələsinin qalibi müəyyənləşdi
"Bakı-Xankəndi" beynəlxalq velosiped yarışı davam edir.
"Mediasport" xəbər verir ki, budəfəki yarış Gəncədən Naftalana qədər uzanan 152,8 əsafəni kilometrlik marşrutu əhatə edib.
"Bardiani" (İtaliya) komandasının üzvü Marko Manenti birinci, "Astana"dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü olub.
İlk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, ikinci və üçüncü raundda isə müvafiq olaraq, Qazaxıstanın "Astana" komandasının üzvü Yevgeniy Federov və Qleb Suritsa finişə birinci çatıblar.
Xatırladaq ki, ümumi mükafat fondu 50 min avrodan artıq olan yarışda dünyanın 20 ölkəsindən 24 komanda mübarizə aparır. Turnirə sabah yekun vurulacaq.
