III MDB Oyunları: Futbol yarışında bürünc medalçılar məlum oldu

 III MDB Oyunları: Futbol yarışında bürünc medalçılar məlum oldu

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının futbol yarışlarında bürünc medal uğrunda oyun keçirilib.

"Mediasport" xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Belarus millisi Tacikistan yığması ilə qarşılaşıb.

Görüş birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və Belarus seçməsi Oyunların bürünc mükafatını qazanıb.

Tacikistan futbolçuları yarışı 4-cü sırada başa vurublar.

Xatırladaq ki, final matçı sabah Azərbaycan və Rusiya yığmaları arasında baş tutacaq.