Boks yığmamızda BİABIRÇILIQ: Məşqçi hakimi boğmağa çalışdı

Boks yığmamızda BİABIRÇILIQ: Məşqçi hakimi boğmağa çalışdı

Serbiyanın Zlatibor şəhərində başa çatan məktəblilər arasında boks üzrə Avropa çempionatında qalmaqal yaşanıb.

"Mediasport" xəbər verir ki, dava-dalaş Azərbaycan millisinin üzvü, 75 kq çəki dərəcəsində yarışan Yusif Ağakişiyevlə yerli boksçu Viktor Maystoroviç arasında baş tutan final görüşündə qeydə alınıb.

Rinq hakimi - şimali makedoniyalı Stefan Subalevskinin idarəçiliyindən narazı qalan milli komandamızın məşqçisi etirazını sərt və qeyri-peşəkar formada bildirib.

İkinci raundda rinqə çıxan məşqçimiz referini boğmağa başlayıb.

Şimali makedoniyalı hakimi peşə etikasına yaraşmayan hərəkətə yol verən azərbaycanlı mütəxəssisin əlindən digər hakimlər güclə alıblar.

Təbii olaraq döyüş dayandırılıb və Yusif Ağakişiyevə məğlubiyyət verilib.

Qeyd edək ki, Azərbaycan yığması qitə birinciliyində 3 qızıl, 10 gümüş və 9 bürünc medal qazanıb.