"Şamaxı" legioner futbolçusu ilə müqaviləyə xitam verdi - FOTO

"Şamaxı" legioner futbolçusu ilə müqaviləyə xitam verdi - FOTO

"Şamaxı" legionerlərdən birini yola salıb.

"Mediasport" xəbər verir ki, "şirlər" braziliyalı Antonio Lara ilə vidalaşıblar.

27 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, əyalət təmsilçisi onadək Sənan Muradlını "Sumqayıt"a qaytarıb.