İspaniya və Argentina arasında "Finalissima"nın vaxtı açıqlandı
Gələn il keçiriləcək "Finalissima"nın vaxtı və məkanı açıqlanıb.
"Mediasport" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının rəhbəri Rafael Luzan məlumat paylaşıb.
2024-cü ilin Avropa çempionu və Amerika Kubokunun qalibi arasında qarşılaşma martda Qətərdə keçiriləcək.
Həlledici dueldə İspaniya və Argentina milli komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, əsası 1985-ci ildə qoyulmuş bir matçlıq "Finalissima" indiyədək cəmi 3 dəfə baş tutub.
1985-ci ildə Fransa, 1993 və 2022-ci illərdə isə Argentina yığması qalib olub.
