Türkiyə Avstraliyaya məğlub oldu
ABŞ, Kanada və Meksikanın ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 24 ildən sonra dünya çempionatına vəsiqə qazanan Türkiyə milli komandası turnirə məğlubiyyətlə başlayıb.
Vinçenso Montellanın baş məşqçisi olduğu komanda Avstraliyaya uduzub (0:2).
"Ay-ulduzlular"ın 2-ci turda rəqibi Paraqvay yığması olacaq.
DÇ-2026. D qrupu. 1-ci tur
Avstraliya - Türkiyə 2:0
Xal durumu: ABŞ - 3 xal, Avstraliya - 3 xal, Türkiyə - 0 xal, Paraqvay - 0 xal


