Norveç millisi İngiltərəyə qarşı, Argentina İsveçrəni sınağa çəkir
Tarixdə ilk dəfə üç ölkədə keçirilən futbol üzrə dünya çempionatında son iki yarımfinalçı bu gecə yarısı və səhərüzü müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, 1/4 finalların bir cütündə Norveç və İngiltərə milli komandaları qarşılaşacaqlar.
Digər dueldə isə Argentina və İsveçrə yığmaları üz-üzə gələcəklər.
Xatırladaq ki, yarımfinalın bir cütü artıq məlum olub və finala gedən yolda İspaniya futbolçuları ilə Fransa kollektivi münasibətlərini aydınlaşdıracaq.
Dünya Kuboku iyulun 19-da yekunlaşacaq. Yarımfinallar iyulun 14-15-də baş tutacaq.
Dünya Kuboku-2026. 1/4 final
01:00 Norveç - İngiltərə
05:00 Argentina - İsveçrə


