DÇ-2026: Ev sahibi Meksika millisi mundiala qələbə ilə start verdi

DÇ-2026: Ev sahibi Meksika millisi mundiala qələbə ilə start verdi

Bu gün dördilliyin ən möhtəşəm futbol yarışı sayılan Dünya Kuboku turniri start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Yarışa ev sahibliyi edən Meksika Cənubi Afrika Respublikasını 2 cavabsız qolla məğlub edərək mundiala qələbə ilə start verib.

Bu qarşılaşmada Afrika təmsilçisinin heyətində 2, Meksikanın isə 1 futbolçusu qırmızı kartla cəzalandırılıb.

Xatırladaq ki, dünya çempionatı iyulun 19-na qədər davam edəcək.

DÇ-2026

A qrupu

Meksika - Cənubi Afrika Respublikası 2:0

Xal durumu: Meksika - 3 xal, Cənubi Koreya - 0 xal, Çexiya - 0 xal, Cənubi Afrika Respublikası - 0 xal