Şotlandiya 36 ildən sonra DÇ-də ilk qələbəsini qazandı - VİDEOİCMAL
ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatının oyunları davam edir.
"Mediasport" xəbər verir ki, Şotlandiya milli komandası Haiti üzərində qələbə qazanıb (1:0).
Bu, Şotlandiya millisinin dünya çempionatlarında 1990-cı ildən sonra qazandığı ilk qələbə olub.
Xatırladaq ki, qrupun digər matçında - Braziliya - Mərakeş duelində qalib müəyyənləşməyib (1:1).
DÇ-2026. C qrupu. 1-ci tur
Haiti - Şotlandiya 0:1
Xal durumu: Şotlandiya - 3 xal, Mərakeş - 1 xal, Braziliya - 1 xal, Haiti - 0 xal


