Dünya Kuboku-2026-da ilk yarımfinalçı Fransa yığması oldu
Futbol üzrə 23-cü dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, ilk vəsiqəni Fransa milli komandası əldə edib.
Son Dünya Kubokunun finalçısı 1/4-də Mərakeş yığmasına qalib gəlib - 2:0.
Qolları yarışın bombardirlərindən Kilian Mbappe və Usman Dembele vurublar.
1/4 finalın digər görüşləri sabah və iyulun 12-də keçiriləcək.
Xatırladaq ki, ABŞ, Meksika və Kanadanın təşkilatçılığı ilə baş tutan mundial iyulun 19-da yekunlaşacaq.


