Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurdu

 Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurdu

"Şamaxı"nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.

"Mediasport" xəbər verir ki, bölgə klubunun İdarə heyətinin rəhbəri Elçin Usub təcrübəli qolkpierə Premyer Liqanın 36-cı turunun “Qarabağ”la matçından (0:1) öncə xatirə hədiyyəsi təqdim edib.

39 yaşlı Bayramov karyerası ərzində "Neftçi", "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan", AZAL, "Zirə", "Səbail" və "Şamaxı" klublarında forma geyinib.