Yığmamızın daha 3 üzvü Avropa çempionatında mərhələ adladı

 Yığmamızın daha 3 üzvü Avropa çempionatında mərhələ adladı

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 3 idmançısı mərhələ adlayıb.

Alsu Yafarova (54 kq) 1/8 finalda Hanna Belyankovaya (Belarus) ilk raundda tam üstünlüklə qalib gəlib. O, oktyabrın 7-də Oleksandra Çerevata (Ukrayna) ilə qarşılaşacaq.

Cəmilə Muradlı (57 kq) da adını 1/4 finala yazdırıb. Startda Sara Persanı (Rumıniya) 5:0 hesabı ilə məğlub edən (30:24, 30:24, 30:25, 30:26, 30:27) boksçumuz oktyabrın 8-də Rozali Uhrova (Çexiya) ilə qüvvəsini sınayacaq.

Şükar Əliyev (80 kq) isə 1/16 finalda İqor Tomiçekə (Polşa) gücünü göstərib - 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29). O, oktyabrın 5-də 1/8 finalda ilk mərhələdən azad olan Lazare Dokvadze (Gürcüstan) ilə döyüşəcək.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də yekunlaşacaq.

Xatırladaq ki, ilk gündə 4 boksçumuz növbəti mərhələyə yüksəlib.