Oyunu stadiondan izləyən azarkeş tribunada vəfat etdi

 Oyunu stadiondan izləyən azarkeş tribunada vəfat etdi

Rusiya futbolunda bədbəxt hadisə qeydə alınıb.

"Mediasport" xəbər verir ki, yaşlı futbol azarkeşi oyun zamanı tribunada dünyasını dəyişib.

Faciə 1-ci Liqanın 27-ci turunun “Arsenal” - “Fakel” qarşılaşmasında baş verib.

Tula stadionunda keçirilən görüşün gedişində özünü narahat hiss edən 66 yaşlı fanatın həyatını xilas etmək mümkün olmayıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.