"Kəpəz" Gəncədə bıçaqlanan futbolçusu ilə bağlı məlumat yaydı

"Kəpəz" Gəncədə bıçaqlanan futbolçusu ilə bağlı məlumat yaydı

“Kəpəz” Peşəkar Futbol Klubu futbolçusu Veysəl Rzayevin bıçaqlanması ilə bağlı açıqlama yayıb.

"Mediasport" xəbər verir ki, futbolçunun müalicəsinin davam etdirildiyi bildirilib:

"Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir".

Xatırladaq ki, Veysəl rzayev gecə saatlarında Gəncə şəhərində bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.