Millimizin rəqibləri müəyyənləşdi

  Millimizin rəqibləri müəyyənləşdi

Çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq.

A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar.

Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.