"Səbail" Əmirquliyevi transfer etdi
1-ci Liqada yeni mövsümə hazırlaşan "Səbail" heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, komanda Rail Əmirquliyevi transfer edib.
20 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
Əmirquliyevin son klubu "Şahdağ Qusar" olub. Qeyd edək ki, Rail klubun əfsanəsi, Azərbaycan milli komandasının sabiq üzvü Rahid Əmirquliyevin qardaşı oğludur.

