"Kəpəz"də "yarpaq tökümü" davam edir - Daha üç futbolçu yola salındı

"Kəpəz"də "yarpaq tökümü" davam edir - Daha üç futbolçu yola salındı

Heyəti yenidən formalaşdırılan "Kəpəz"də "yarpaq tökümü" davam edir.

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi daha 3 futbolçusu ilə vidalaşıb.

Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov yola salınıb.

Qeyd edək ki, "sarı-göylər" son iki gündə Yeqor Xvalko, Trent Buhaqyar, Rati Ardazişvili, Kərim Lkoça, Dioqo Verdaşka, Rojeriu Santuş, Valdemar Almeyda və Tural Rzayevla anlaşmanı yeniləməyiblər.