FOTO: "Kəpəz"in apreldə gətirib noyabrda yola saldığı futbolçu Braziliyada forma geyinəcək
"Kəpəz"in 2025-ci ilin aprelində gətirib noyabrında yola saldığı Vitor Feyjao özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu karyerasını vətənində davam etdirəcək.
30 yaşlı forvard aşağı liqa təmsilçisi "Rekreativo Kaşias" klubu ilə müqavilə bağlayıb.
Xatırladaq ki, "sambaçı" Gəncə klubunda 9 oyun keçirib, 1 qola yadda qalıb.

