Mateuş Koxalski Polşaya qayıdır?
"Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını yenidən Polşada davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, 25 yaşlı qolkiperi Yüksək Liqa (Ekstraklasa) təmsilçisi “Veçista” (Krakov) transfer etmək istəyir.
Yekun qərarın bugünlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Koxalski Ağdam klubuna 2024-cü ildə “Stal”dan (Melets) gəlib.


