Kolumbiya milli komandası növbəti mərhələyə adını yazdırdı - DÇ-2026
Futbol üzrə 23-cü dünya çempionatında daha bir milli komanda 1/8 finala yüksəlib.
"Mediasport" xəbər verir ki, Kolumbiya yığması Qana millisini minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb (1:0).
Xatırladaq ki, daha əvvəl yarışda İspaniya, Meksika, Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa, İngiltərə, Belçika, ABŞ, Portuqaliya, Misir, Argentina milliləri 1/8 finala adlayıblar.
Dünya Kuboku iyulun 19-dək davam edəcək.


