"Turan Tovuz"dan növbəti transfer
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, qərblilər Rahil Məmmədovla gücləniblər.
Milli komandamızın üzvü ilə 1+1 illik müqavilə bağlanıb.
Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.


