"Qarabağ"ın "Şkendiya" ilə oyunu ilk "5-lik"də qərarlaşdı - STATİSTİKA

"Qarabağ"ın "Şkendiya" ilə oyunu ilk "5-lik"də qərarlaşdı - STATİSTİKA

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Şkendiya"nı məğlub edib (5:1).

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı stadionda 30252 azarkeş izləyib.

"Football Meets Data" portalına görə, bu görüş izləyici sayına görə ilk "5-lik"də qərarlaşıb.

"Benfika" (Portuqaliya) - "Nitsa" (Fransa) qarşılaşmasının keçirildiyi stadionda isə 64511 tamaşaçı sayı qeydə alınıb və bu matç birinci pillədə yer alıb.

Xatırladaq ki, Ağdam təmsilçisinin pley-offdakı rəqibi "Ferensvaroş" (Macarıstan) olacaq.